Pakistanın XİN rəhbəri Dmitro Kulebaya Ukrayna ilə bağlı narahatlığını bildirib
27 Fevral 2022 18:48 DünyaPakistan və Ukraynanın xarici işlər nazirləri arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi özünün "Twitter"dəki səhifəsində bildirib.
O, qeyd edib ki, ukraynalı həmkarı Dmitro Kulebaya Pakistanın ciddi narahatlığını bildirərək, gərginliyin azaldılması və diplomatiyanın zəruriliyini vurğulayıb.
"Ukrayna hakimiyyətinin Pakistan icmasının, tələbələrinin evakuasiyasındakı rolunu yüksək qiymətləndiririk, davamlı və sürətli yardıma ümid edirik", - Şah Mahmud Qureyşi vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31