Mövlud Çavuşoğlu və ATƏT-in Baş katibi arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ATƏT-in Baş katibi Helqa Maria Şmit arasında telefon danışığı olub.

Olaylar.az Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı Ukraynadakı proseslər, ölkədəki humanitar vəziyyətin yaxşılaşdırılması və atəşkəsin əldə olunması haqqında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31