“Lukaşenko bunu öz üzərinə götürüb” - Vladimir Zelenski

"Razılaşdıq ki, Ukrayna nümayəndə heyəti Ukrayna-Belarus sərhədində, Pripyat çayı ərazisində Rusiya ilə əvvəlcədən şərtsiz görüşəcək".

Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün rəsmi "Facebook" hesabında yazıb.

"Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin gediş-gəliş, danışıqlar və qayıdış zamanı Belarus ərazisinə yerləşdirilən bütün təyyarə, helikopter və raketlərin yerdə qalacağını öz üzərinə götürüb" - Zelenski bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31