Fransa Rusiya üçün hava məkanını bağlayır

Fransa hava məkanını bütün Rusiya təyyarələri və aviaşirkətləri üçün bağlayır.

Olaylar.az xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Jan-Batist Cebbari özünün "Twitter" hesabında bildirib.

Onun sözlərinə görə, qadağa bu axşamdan etibarən tətbiq olunacaq.

"Rusiyanın Ukraynaya təcavüzünə Avropa tam birliklə cavab verir" - nazir paylaşımında qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31