Ukrayna kəşfiyyatçıları Kiyevdə çeçen silahlılarını zərərsizləşdiriblər - FOTO
27 Fevral 2022 16:20 DünyaUkrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin silahlıları paytaxt Kiyevdə bir qrup çeçen silahlısını zərərsizləşdiriblər.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Anton Qeraşenko deyib.
Onun sözlərinə görə, çeçen silahlıları təcili yardım maşınında şəhər ətrafında hərəkət ediblər.
"İndicə təcili yardım maşınında Kiyev ətrafında hərəkət edən bir qrup çeçen diversantın bir hissəsi Kiyevdə şanlı Ukrayna hərbi kəşfiyyatçıları tərəfindən vurulub, bir hissəsi isə saxlanılıb", - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31