Ukrayna Rusiya ilə görüşdən buna görə imtina edib – SƏBƏB

Moskva Ukraynadan silahı yerə qoymağı tələb edib, buna görə də Rusiya ilə danışıqlardan imtina etdi.

Olaylar.az xəbər verir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

"Hörmətli həmkarlar, biz də Rusiya nümayəndə heyətinin danışıqlar üçün Qomelə gəldiyi barədə açıqlamalar eşitmişik. Deməliyəm ki, Ukrayna nümayəndələri orada olmayacaq. Bu format həqiqətən də müzakirə olunub. Amma son anda Rusiya tərəfin Ukrayna ordusundan silahı yerə qoymağı tələb edib", - Nikiforov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31