Ukrayna Rusiya hərbçilərinin məxfi sənədlərini ələ keçirdi - FOTOLAR

Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti xüsusi xidmət orqanlarının və silahlı qüvvələrin Rusiya hərbçiləri haqqında şəxsi məlumatları, habelə Rusiyanın istifadə etdiyi məxfi parol və şifrələri əldə etdiyini bildirib.

Olaylar.az xəbər verir ki, məxfi sənədlərin fotolarını "Unian" saytı yayıb. Bildirilir ki, bu düşmənin ələ keçirilən danışıqlarının mahiyyətini anlamağa imkan verəcək.

Sənədlərə həmçinin daxildir:

döyüşçülərin və komandirlərin çağırış işarələri ilə döyüş heyəti;

işğalçıların hərəkət sxemləri: hücum, geri çəkilmə, yanacaq doldurma yolları və s.;

düşmənin şərti əlamətləri, xüsusən də idarəetmə əmrlərinin dekodlanması.

"Alınan sənədlər məhkəmə üçün sübut bazası olacaq, düşmən işğalçılarının hər birinin adını nəzarətdə saxlamağa imkan verəcək və sağ qalan hər kəs mütləq cəzasını alacaq", - UTX-nin bəyanatında deyilir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31