Peskov deyib ki, Ukrayna tərəfi özü Qomeli Rusiya ilə danışıqlar yeri kimi təklif edib

Ukrayna tərəfi özü Belarusun Qomel şəhərini Rusiya ilə danışıqlar yeri kimi təklif edib.

Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qomel şəhərini danışıqlar yeri kimi məhz Ukrayna tərəfi təklif edib. Artıq dediyimiz kimi, Rusiya nümayəndə heyəti yerindəcə bu danışıqlara hazırdır", - Kremlin sözçüsü bildirib.

Peskov bildirib ki, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir.

"Yaxın vaxtlarda o, müvafiq bəyanatla çıxış edəcək", - Rusiya liderinin sözçüsü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31