Ukrayna artilleriyası Qostomeldə Rusiyanın hərbi texnikasını məhv edib
27 Fevral 2022 13:54 DünyaUkraynanın Qostomel şəhərində Rusiyanın yüngül zirehli texnikası, piyadaların döyüş və təchizat maşınları artilleriya zərbələri nəticəsində məhv edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Maryana Bezuqlaya bildirib.
Qostomel aerodromu uğrunda döyüşlər Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibənin ilk günündən davam edir.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31