Rusiya Ukraynaya vaxt verdi: Bu saata kimi gözləyəcəyik...
27 Fevral 2022 13:47 DünyaRusiya nümayəndə heyəti Qomeldəki görüşlə bağlı Ukraynanın cavabını saat 15:00-a kimi gözləyəcək.
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi, Qomeldəki nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.
Qeyd edək ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq məqsədilə Belarusun Qomel şəhərinə yollanıb. Ukrayna Prezidenti Vladimir Zelenski isə danışıqların keçirilməsi üçün Rusiyaya Varşava, Bratislava, Budapeşt, İstanbul, Bakı kimi şəhərləri təklif etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31