Ukrayna ölən ruslarla bağlı sayt yaratdı
27 Fevral 2022 13:45 DünyaUkrayna Daxili İşlər Nazirliyi ölən və əsir götürülən rusların fotoşlarını və sənədlərinin dərc olunduğu "200rf.com" saytını yaradıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Vadim Denisenko deyib.
Sayt yaxınlarının öldürülmüş və əsir götürülmüş rus hərbçilərini tanımaları üçün yaradılıb.
"Rusiya vətəndaşları, bilirsiniz ki, Rusiya Ukraynaya qarşı müharibəya başlayıb və 150 min rus hərbçisi Ukrayna sərhədini keçib. Artıq onların bir neçə mini öldürülüb, çoxusu əsir düşüb. Videoları bizim internet resurslarında görə bilərsiniz. DİN "200rf.com" saytı yaradıb. Yaxınlarınızı tanımağınız üçün sayta onların foto və videolarını yerləşdiririk", - Denisenko bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31