Zelenski Ukraynanı itirə bilər – Rusiya Dumasının spikeri
27 Fevral 2022 13:40 DünyaUkrayna Prezidenti Zelenskiyə sülh lazım deyil.
Olaylar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının spikeri Vyaçeslav Volodin Ukraynanın Belarusda görüşdən imtina etməsinə münasibətində deyib.
O bildirib ki, Zelenski Ukraynanı itirə bilər.
Qeyd edən ki, Rusiya Ukrayna tərəfi ilə görüş üçün Belarusun Qomel şəhərinə nümayəndə göndərib. Ukrayna isə Belarusda hər hansı görüşün keçirilməsindən imtina edib.
Ukrayna İstanbul və Bakı da daxil olmaqla, görüş üçün "raketlər uçmayan şəhər" təklif edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31