Prezident olsaydım, bu müharibə olmazdı - Tramp
27 Fevral 2022 12:38 DünyaABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida ştatında keçirilən 2022-ci il mühafizəkar siyasi fəaliyyət konfransında Rusiya və Ukrayna arasında baş verən hadisələrlə bağlı Bayden administrasiyasını iddiham edib.
Olaylar.az xəbər verir ki, Tramp çıxışında Putinin Baydenin zəifliyindən istifadə edərək hücuma keçdiyini deyib.
"Putin Baydenlə nağara çalırmış kimi oynayır. Ölkəsini sevən insanların bunu izləməsi xoş deyil. Ukrayna prezidenti Volodimir Zelenski Kiyevi tərk etmədiyi cəsur liderdir. Yenidən prezident olsaydım, bu dəhşətli fəlakət heç vaxt baş verməzdi", - Tramp deyib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31