Ukraynanın “Avroviziya-2022” təmsilçiləri də döyüşlərə qatıldı - FOTO
27 Fevral 2022 12:27 DünyaUkraynanı "Avroviziya-2022" mahnı müsabiqəsində təmsil edəcək "Kalush Orchestra" qrupu vətənlərini qorumaq üçün döyüşlərə qoşulublar.
Olaylar.az xəbər verir ki, qrup bu barədə "Instagram"ın hekayə bölməsində hərbi geyimdə və silahla çəkilən görüntülərini paylaşaraq məlumat verib.
Qeyd edək ki, mayın 10-dan 14-nə qədər İtaliyanın Turin şəhərində keçirilməsi planlaşdırılan müsabiqədə "Kalush Orchestra" qrupu Ukraynanı "Stefania" adlı mahnı ilə təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31