Ukrayna prezidenti Bakıda Rusiya tərəfi ilə danışıqlara hazır olduğunu bildirib (YENİLƏNİB) - VİDEO
27 Fevral 2022 12:02 DünyaUkrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfi ilə danışıqların keçiriləcəyi şəhər qismində Bakını təklif edib.
Olaylar.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı xalqa müraciətində bildirib.
"Varşava, İstanbul, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etdik. Bu ümumiyyətlə Ukraynaya raketlərin uçmadığı istənilən digər şəhər də ola bilər", - Vladimir Zelenski bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31