Ruslar danışıq üçün Belarusa gəlib
27 Fevral 2022 12:00 DünyaRusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün Belarusa gəlib.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Əldə olunmuş razılığa əsasən, Ukrayna ilə danışıqlar aparmaq üçün Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumların, o cümlədən prezident administrasiyasının nümayəndələrindən ibarət Rusiya nümayəndə heyəti Belarusa gəlib", - deyə o bildirib.
D. Peskov danışıqların Qomel şəhərində planlaşdırıldığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31