Ukrayna gözəli də döyüşlərə qatıldı

2015-ci ildə Ukrayna gözəli seçilən Anastasiya Lenna da döyüşlərə qatılıb.

Olaylar.az xəbər verir ki, Lenna bu barədə fotolarını "Instagram" hesabında paylaşıb.

"Rusiyaya qarşı hərəkətə keçin. Ölkəmizi işğal etmək niyyəti ilə Ukrayna sərhədini keçən hər kəs öldürüləcək! Bizim ordumuz NATO-nun kömək etməli olduğu tərzdə döyüşür.

Ölkədəki bütün yol nişanları götürülməlidir ki, əsgərlər hara gedəcəklərini bilməsinlər. Şəhərlərdən kənarda bütün yol nişanlarını və göstəriciləri yığışdırmaq lazımdır. Düşmən ərazini tanımır, ona görə də biz onları məğlub edə bilərik", - Lenna bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31