Türkiyəli müğənnidən Ukraynaya dəstək

Türkiyəli müğənni Haluk Levent Rusiyanın Ukraynaya qarşı keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində zərərçəkənlərə yardım etmək üçün səfərbər olub.

Olaylar.az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında məlumat yayıb. İfaçı rəhbəri olduğu "Ahbap" dərnəyi vasitəsilə Ukraynaya beş TIR humanitar yardım göndərəcəyini açıqlayıb.

Onun sözlərinə görə, sözügedən yük maşınları 2-3 gün ərzində günə yola düşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31