ABŞ Şimali Koreyanın yeni raket buraxılışını pisləyib

ABŞ Şimali Koreyanın yeni raket buraxılışını pisləyir və bununla bağlı müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələr aparır.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ SQ-nin Hind-Sakit Okean Komandanlığının yaydığı açıqlamada deyilir.

"Birləşmiş Ştatlar bu raket buraxılışını pisləyir və KXDR-i sabitliyi pozan addımlardan çəkinməyə çağırır", bəyanatda deyilir.

Pentaqon ABŞ-ın Koreya Respublikası və Yaponiya, eləcə də digər regional müttəfiqləri və tərəfdaşları ilə yaxından məsləhətləşdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31