Finlandiya parlamenti NATO-ya üzvlüklə bağlı referendum üçün petisiyaya baxacaq

Finlandiyanın NATO-ya daxil olması ilə bağlı referendum keçirilməsi üçün vətəndaş təşəbbüsü bir neçə gün ərzində 50 mindən çox imza toplayıb və parlamentdə nəzərdən keçirilə bilər.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, petisiya fevralın 21-də kansalaisaloite.fi xüsusi saytında dərc edilib və fevralın 26-da axşam saatlarında sənədə səs verənlərin sayı 50 mini keçib. Finlandiya qanunlarına görə, bu, sənədin parlamentə təqdim edilməsi üçün lazım olan həddir.

"Biz Finlandiyanın NATO-ya daxil olması ilə bağlı referendumun keçirilməsini təklif edirik", - sənəddə deyilir.

Qeyd edək ki, daha əvvəl Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirmişdi ki, Finlandiya NATO-nun "açıq qapı" siyasətini davam etdirməsini vacib hesab edir. O, ölkəsinin NATO-ya üzv olmaq üçün müraciət etmək imkanını saxlanıldığını, belə qərarlara beynəlxalq təhlükəsizlik sahəsində baş verən dəyişikliklər nəzərə alınmaqla real vaxt rejimində baxıldığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31