Odessa yaxınlığında 3 azərbaycanlını güllələyib öldürdülər - Dəhşətli hadisənin TƏFƏRRÜATI (YENİLƏNİB)

Ukraynanın Odessa şəhərində həlak olan azərbaycanlıların kimliyi məlum olub.

Olaylar.az bildirir ki, onlar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.

Hər üç şəxs yaxın qohumdurlar.

Xatırladaq ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.

***

Ötən gün gecə saatlarında Odessa şəhərindən 60 km aralıda ölkəni tərk etmək istəyən həmvətənlərimizin maşını diversiya qrupu tərəfindən atəşə tutulub.

Olaylar.az bildirir ki, bu barədə mətbuata açıqlamasında Odessada yaşayan tanınmış diaspor sədri Anar Ağazadə söyləyib. O,  sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin 7-8 maşından ibarət olan kalonunun atəşə tutulduğunu deyib:

"Onların maşınlarını Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran ediblər. Hadisə nəticəsində 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31