Rusiya banklarının "Swift"dən çıxarılması barədə razılıq əldə edilib (YENİLƏNİB)
27 Fevral 2022 02:40 DünyaAİ, ABŞ, Fransa, Almaniya, Kanada, İtaliya və Böyük Britaniyanın nümayəndələri sanksiyalar tətbiq edilən Rusiya banklarını, lazım gələrsə, Rusiya Federasiyasının digər banklarını da "SWIFT"dən çıxarılması barədə razılaşıblar.
Olaylar.az bildirir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt deyib.
"Artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları, lazım gələrsə, digər Rusiya bankları da "SWIFT" beynəlxalq ödəniş sistemindən çıxarılacaq. Beləliklə, bu institutlar beynəlxalq maliyyə axınlarından kəsiləcəklər, bu isə onların qlobal fəaliyyətini məhdudlaşdıracaq", - deyə Ş.Hebeştrayt bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31