Avropa İttifaqı ölkələri Rusiya üçün hava məkanını bağlayır (YENİLƏNİB)

Avropa İttifaqı ölkələri Rusiya təyyarələri üçün hava məkanlarını bağlamağı planlaşdırırlar.

Olaylar.az bildirir ki, bunu Almaniyanın "ARD" telekanalının rəhbərinin müavini Mattias Deys mənbəyə istinadən bildirib.

"Aİ ölkələri Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq. Bunu mənə məlumatlı mənbə təsdiqləyib", - deyə M.Deys özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, daha əvvəl Rusiya təyyarələri üçün öz hava məkanlarını Litva, Latviya, Estoniya, Sloveniya, Rumıniya, Bolqarıstan, Polşa, Çexiya və Böyük Britaniya bağlayıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31