Rusiyaya qarşı sanksiyalara alternativ “üçüncü dünya müharibəsi” olardı - Bayden
27 Fevral 2022 02:00 DünyaVaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativ "üçüncü dünya müharibəsi" olardı.
Olaylar.az bildirir ki, bunu bloqer Brayan Koenə müsahibəsində ABŞ Prezidenti Cozef Bayden deyib.
"Baxın, iki variant var idi: üçüncü dünya müharibəsinə, Rusiya ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant: beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən bir ölkənin etdiklərinin əvəzini ödəməsi", - deyə C.Bayden bildirib.
Eyni zamanda, onun sözlərinə görə, o, sanksiyaların Vaşinqtonun istədiyi nəticəni dərhal verəcəyini gözləmir: "Birbaşa nəticə verəcək bir sanksiyalar yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31