Aİ XİN rəhbərləri fövqəladə videokonfrans keçirəcəklər
27 Fevral 2022 00:51 DünyaAİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Ukraynadakı vəziyyətlə əlaqədar fevralın 27-də fövqəladə videokonfrans keçirmək niyyətindədirlər.
Olaylar.az bildirir ki, bu barədə "TASS"a Aİ Şurasındakı ölkələrdən birinin nümayəndə heyətindəki mənbə bildirib.
"Bəli, nazirlər Ukraynadakı vəziyyəti müzakirə etmək üçün sabah videokonfrans vasitəsilə fövqəladə iclas keçirəcəklər", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, nazirlər Rusiyaya qarşı üçüncü sanksiyalar paketinin tətbiqi imkanlarını da müzakirə edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31