“Tərəfini seçmək vaxtıdır” - Ukrayna Baş naziri

"Artıq iki gündən çoxdur ki, qoşunlarımız işğalçılara müqavimət göstərir".

Olaylar.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmiqal "Twitter" hesabında yazıb.

"Mən bir daha bütün sivil ölkələrə müraciət etmək istəyirəm. Öz tərəfini seçmək vaxtıdır! Ukraynaya müdafiə silahları verin! Bizə avadanlıqla kömək edin! Mümkün olan bütün sahələrdə Rusiyanı təcrid edin! Biz özümüzü müdafiə etməyə davam edəcəyik", - baş nazir yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31