Almaniya Ukraynaya “Stinger” göndərir

Almaniya Ukraynaya ordu ehtiyatlarından 1000 tank əleyhinə və 500 "Stinger" raketi göndərəcəyini açıqlayıb.

Olaylar.az xəbərinə görə, bu barədə hökumət sözçüsü Steffen Hebestreit açıqlama verib.

O bildirib ki, silahlar ən qısa zamanda Ukraynaya çatdırılacaq.

Qeyd edək ki, Almaniya hökumətinin Ukraynaya silah göndərməsi ölkə siyasətində dəyişiklik kimi qəbul olunur. Belə ki, Almaniya müharibə və böhran bölgələrinə silah verməyi rədd edirdi.

qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31