Youtube Rusiya kanallarının pul qazanmasını dayandırdı

"Meta"dan sonra "Youtube" da dövlət nəzarətindəki RT də daxil olmaqla, bir neçə rus kanalının videoxidmətindən gəlir əldə etməsini dayandırıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Alphabet" açıqlama yayıb.

"Ukraynadakı fövqəladə şərtlər işığında, son sanksiyalarla əlaqədar olan bir neçə rus kanalı da daxil olmaqla, bir sıra kanalların Yutub-dan pul qazanmasını dayandırırıq", - açıqlamada deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31