ABŞ Rusiyanın Mərkəzi Bankına qarşı sanksiyaları nəzərdən keçirir

ABŞ Rusiyanın Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

Olaylar.az bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.

Bu addım Moskvanın Ukraynada xüsusi hərbi əməliyyatdan əvvəl topladığı iddia edilən 643 milyard dollar ehtiyatı hədəfləyir. Bildirilir ki, bu məsələ ilə bağlı məsləhətləşmələr ABŞ-da bu ilin yanvar ayından aparılır.

Bununla belə, "Bloomberg"in mənbələrinə görə, maliyyə tənzimləyicisinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31