“Türkiyədən boğazların bağlanması ilə bağlı bildiriş almamışıq”- Rusiya Səfirliyi

Rusiyanın Türkiyədəki səfirliyi boğazların bağlanması barədə hər hansı bildiriş almayıb.

Olaylar.az bildirir ki, bu barədə RİA-ya diplomatik nümayəndəlikdən bildiriblər.

"Türkiyə tərəfdən boğazların rus hərbi gəmiləri üçün bağlanması ilə bağlı hər hansı rəsmi bildiriş almayıb".

Qeyd edək ki, Ukrayna prezidenti Zelenski bu gün yazdığı "tweet"də Ərdoğanla danışığında Qara dənizdə boğazların bağlandığına görə təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31