Belarusun basketbol yığması İngiltərəyə buraxılmadı - BU SƏBƏBDƏN
26 Fevral 2022 19:53 DünyaBöyük Britaniyanın Xarici İşlər Nazirliyi Belarusun kişi basketbolçulardan ibarət yığma komandasının vizasını ləğv edib.
Olaylar.az bildirir ki, bu barədə nazir Priti Patel açıqlama verib.
O bildirib ki, Birləşmiş Krallıq Rusiya prezidenti Vladimir Putinin heç nədən təxribata çəkdiyi və Rusiya ilə birlikdə Ukraynaya qanunsuz soxulan ölkələrin idman komandalarını qəbul etməyəcək.
Fevralın 28-də Böyük Britaniya və Belarus yığmaları İngiltərənin Nyukasl şəhərində 2023-cü il Dünya Kubokunun seçmə oyununda üz-üzə gəlməli idilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31