Ankara Ukraynada atəşkəsin təmin olunması üçün səylər göstərir - Rəcəb Tayyib Ərdoğan
26 Fevral 2022 19:36 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Olaylar.az bildirir ki, iki ölkənin liderləri Rusiyanın Ukraynadakı hərbi əməliyyatı mövzusunu və bununla bağlı son hadisələri müzakirə ediblər.
Türkiyə dövlətinin başçısı Ukrayna vətəndaşlarının ölümü ilə əlaqədar başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.
R.T.Ərdoğan qeyd edib ki, Ankara Ukraynada qan tökülməsinin və böyük dağıntıların qarşısını almaq üçün tezliklə atəşkəsin təyin olunması üzrə səylər göstərir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31