Rusiya konstruktiv qüvvələrlə sıx əməkdaşlığa hazırdır - Sergey Lavrov
26 Fevral 2022 19:34 DünyaRəsmi Moskva Ukraynadakı problemin tezliklə həlli üçün bütün konstruktiv qüvvələrlə sıx əməkdaşlığa hazırdır.
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında bildirib.
"Ukraynanın demilitarizasiyası və denasionalizasiyası, bu ölkənin mülki əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Rusiya Federasiyasının qanuni maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin əsas məqsəd və vəzifələri vurğulanıb", - Lavrov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31