Ukrayna Peskovun iddialarını təkzib etdi
26 Fevral 2022 18:50 DünyaUkrayna Rusiya ilə müzakirələrdan imtina etdiyi iddialarını təkzib edib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "Unian" yayıb.
"Bu, doğru deyil. Biz qarşıdurmaların azalması üçün həqiqi təkliflərə açığıq", - Ukrayna Prezidentinin katibliyindən bildirilib.
Qeyd edək ki, bu gün Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin dünən günortadan sonra Kiyevlə gözlənilən danışıqlarla əlaqədar Ukraynada qoşunların irəliləyişini dayandırmağı əmr edib, lakin Ukrayna tərəfi danışıqlardan imtina etdiyinə görə, əməliyyat planına uyğun olaraq bu gün günortadan sonra Rusiyanın əsas qüvvələrinin irəliləməsi bərpa edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31