Ukraynada neft emalı zavodunun fəaliyyəti dayandırıldı

Ukraynanın Şebelinski neft emalı zavodunun fəaliyyəti hərbi əməliyyatların riskləri səbəbindən dayandırılıb.

Olaylar.az bildirir ki, bu barədə "Naftoqaz Ukrayna" şirkəti rəsmi "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, heyət təxliyə edilib.

"Vəziyyət sabitləşdikdən sonra zavodun fəaliyyətinin bərpa edilməsi planlaşdırılır" - deyə qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31