Fransa Rusiya gəmisini ələ keçirdi
26 Fevral 2022 17:36 DünyaSanksiya siyahısında olan Rusiya şirkətinə məxsus quru yük gəmisinin saxlanıldığı açıqlanıb.
Olaylar.az xəbər verir ki, Rusiyanın Fransadakı səfirliyinin diplomatları Fransa hakimiyyət orqanlarından məlumat almağa çalışırlar.
Sankt-Peterburqa gedən yük gəmisi son ticarət sanksiyalarından sonra La-Manş boğazında dayandırılıb.
"Fransa dəniz polisi rəsmiləri Ukraynaya hücuma görə Avropa İttifaqının sanksiyaları altında Rusiya şirkətinə məxsus gəmini saxlayıb", - hökumət rəsmisi "Reuters" agentliyinə bildirib.
Rusiyanın "RİA Novosti" xəbər agentliyinin məlumatına görə, Rusiyanın Fransadakı səfirliyi hakimiyyət orqanlarından saxlanılma ilə bağlı izahat istəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31