Gürcüstan Ukraynaya yardım edəcək
26 Fevral 2022 16:27 DünyaGürcüstanın Dövlət Ehtiyat Fondundan Ukraynadakı vəziyyətlə bağlı zərər çəkən əhaliyə yardım məqsədilə 1 milyon lari (320 min ABŞ dolları) həcmində vəsait ayrılacaq.
Olaylar.az xəbər verir ki, bununla bağlı Baş nazir İrakli Qaribaşvili sərəncam imzalayıb.
Sənədə əsasən, vəsaitin hesabına Gürcüstanın Səhiyyə Nazirliyi dərman vasitələri və tibbi təyinatlı avadanlıqlar alacaq.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31