Finlandiya Rusiya Dumasının sədrinin olduğu təyyarəni hava məkanına buraxmayıb
26 Fevral 2022 16:22 Dünyaİsveç və Finlandiya cümə günü Rusiya Dövlət Dumasının sədri Volodinin və deputatların oldğunu təyyarə üçün hava məkanını bağlayıb.
Olaylar.az bildirir ki, Volodin 23-24 fevral tarixlərində Kubada və Nikaraquada rəsmi səfərdə olub. Geri qayıdarkən Stokholm, Helsinki, Peterburq istiqaməti üzrə Moskvaya qayıtmaq planı olsada bu baş tutumayıb. Hava məkanı bağlandığı üçün təyyarə buradan yan keçməli olub. Nəticədə təyyarənin Moskvaya qayıdığı 45 dəqiqə yubanıb.
Nümayəndə heyətinin iki üzvü faktı təsdiqləyib. "İsveç və Finlandiya hava məkanını bağladılar, ona görə uçuş uzun çəkdi".
Dumanın mətbuat xidməti də məlumatı təsdiqləyib.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31