Rusiya ordusu Kiyevin mərkəzindən 30 km məsafədədir – Britaniya kəşfiyyat xidməti
26 Fevral 2022 16:10 DünyaRusiyanın itkiləri Kremlin ümid və ya etiraf etdiyindən daha ağır və böyükdür.
Olaylar.az bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, Rusiya hələ də Ukrayna hava məkanına nəzarəti ələ keçirə bilməyib və bu onun Hərbi Hava Qüvvələrinin effektivliyini əhəmiyyətli dərəcədə azaldır.
Kəşfiyyatın məlumatında o da qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri ölkə boyunca güclü müqaviməti davam etdirir.
Əlavə olunub ki, Rusiya qüvvələrinin böyük hissəsinin Kiyevə doğru hərəkəti davam etdirilib və onlar şəhər mərkəzindən 30 km məsafədədir.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31