“Heç bir halda silahı yerə qoymayacağıq” –Zelenski xalqa müraciət etdi
26 Fevral 2022 11:17 DünyaUkrayna Prezidenti Zelenski bəyan edib ki, Ukrayna Rusiya işğalına qarşı müdaifəni dayandırmayacaq.
Olaylar.az bildirir ki, prezident bu barədə özünün yeni videomüraciətində bəyan edib. O, feyk xəbərlərə inanmamağa çağırıb.
"Sabahınız xeyir, ukraynalılar. İndi şəbəkələrdə çoxlu saxta məlumatlar peyda olub, guya mən ordumuzu silahı yerə qoymağa çağırıram və evakuasiya gedir. Deməli, belə. Mən buradayam, heç bir halda silahı yerə qoymayacağıq. Biz dövlətimizi müdafiə edəcəyik, çünki silahımız bizim həqiqətimizdir, bu, bizim torpağımızdır, ölkəmizdir, övladlarımızdır və biz hamısını qoruyacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31