Yapon yük gəmisi Ukrayna sahillərində vurulub

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna sahillərində Yaponiya şirkətinə məxsus yük gəmisinə raket düşüb, ekipaj yaralanıb.

Kyodo agentliyinin məlumatına görə, Yaponiyanın qərbindəki Ehime əyalətində qeydiyyatdan keçmiş gəmiçilik şirkəti Qara dənizdə üzən Namura Queen yük gəmisinin raketlə vurulduğunu açıqlayıb.

Bildirilib ki, Ukrayna sahillərində raketin vurulmasından sonra zədələnən Panama bayraqlı gəminin göyərtəsində olan 20 filippinli ekipaj üzvündən biri yaralanıb.

"Rusiya qüvvələri tərəfindən vuruldu"

Bildirilib ki, yük gəmisi hazırda naviqasiyasını davam etdirə bilir və zərərin qiymətləndirilməsi işləri üçün Türkiyəyə yollanır.

Kyodo-nun xarici xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ukrayna hakimiyyəti gəminin Rusiya qüvvələri tərəfindən vurulduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31