Kiyev ətrafında Rusiyanın desant təyyarəsi vurulub, 100 nəfərdən çox ölən var
26 Fevral 2022 08:22 DünyaUkrayna Silahlı Qüvvələri Belaya Serkov yaxınlığında Rusiya ordusuna məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsini vurub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş Komandanlığı məlumat yayıb.
Komandanlıqdan bildirilib ki, Belarus istiqamətində qalxdığı təxmin edilən təyyarədə 100-dən çox desantçıın olduğu ehtimal edilir.
Təyyarənin Vasilkovo həndəvərinə düşdüyü bildirilir.
"2014-cü ildə Luqanskdakı hadisələrə görə qisasımızdır", - Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin açıqlamasında deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31