Ukrayna ilə bağlı paylaşımlarına görə İvan Urqantın şousu dayandırıldı
25 Fevral 2022 23:32 DünyaRusiyanın Birinci kanalı İvan Urqantın "Gecə şousu"nun cümə buraxılışını yayımdan çıxarıb.
Olaylar.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
"Gecə şousu"nun yerinə "Böyük oyun" siyasi verilişi yayımlanıb. Bildirilir ki, bu dəyişiklik "mühüm ictimai-siyasi hadisələrlə bağlıdır".
Qeyd edək ki, İvan Urqantın şousunun dayandırılmasının aparıcının sosial şəbəkələrdə Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı çıxması ilə bağlı paylaşımlarına görə olduğu deyilir. Bundan başqa, verilişin ssenaristi Aleksandr Qudkov da sosial şəbəkələrdə müharibəni fəal şəkildə tənqid edir.
İvan Urqantın kanaldakı fəaliyyəti isə davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31