“Mançester Yunayted” Rusiyanın “Aeroflot” aviaşirkəti ilə müqaviləyə xitam verdi
25 Fevral 2022 23:29 Dünyaİngiltərənin "Mançester Yunayted" klubu Rusiyanın "Aeroflot" aviaşirkəti ilə sponsorluq müqaviləsini ləğv edib.
Olaylar.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyanın "Aeroflot" aviaşirkətinin sponsorluq müqaviləsinə xitam verilib.
Qeyd edək ki, "Aeroflot" 2013-cü ildən Mançester təmsilçisinin sponsorları sırasındadır.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31