Ukraynada təhsil prosesi dayandırıldı
25 Fevral 2022 23:20 DünyaUkraynanın Təhsil və Elm Nazirliyi bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılmasını və iki həftəlik məzuniyyət elan edilməsini tövsiyə edib.
Olaylar.az xəbər verir ki, bu barədə nazir Serqiy Şkarlet məlumat verib. Onun sözlərinə görə, nazirlik Kiyev şəhər dövlət administrasiyalarının təhsil və elm idarələrinin rəhbərlərinə, peşə və ali təhsil müəssisələrinin rəhbərlərinə müvafiq məktub göndərib.
Nazir həmçinin panikaya düşməməyi, dövlət və yerli hakimiyyət orqanlarının, eləcə də hüquq-mühafizə orqanlarının tövsiyələrinə əməl etməyi xahiş edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31