Aİ Rusiyaya qarşı ikinci sanksiyalar paketini qəbul edib
25 Fevral 2022 22:52 DünyaAvropa İttifaqını Xarici Əlaqələr Şurası Rusiyaya qarşı sanksiyaların ikinci paketini, o cümlədən Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı məhdudlaşdırıcı tədbirləri qəbul edib.
Olaylar.az bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviç yazıb.
"Avropa İttifaqının Xarici Əlaqələr Şurası Rusiya prezidenti Putin və xarici işlər naziri Lavrova qarşı maliyyə sanksiyaları da daxil olmaqla, sanksiyaların ikinci mərhələsini təsdiqləyib. Üçüncü paket hazırlanır", - deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31