Rus ordusunu dayandırmaq üçün özünü partlatdı
25 Fevral 2022 22:25 DünyaUkraynalı hərbçi Vitali Skakun Volodimiroviç Xerson vilayətinin Heniçesk şəhərinə doğru irəliləyən Rusiya tanklarını dayandırmaq üçün özünü partladıb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Ordusu Heniçesk körpüsündə baş verən partlayışın düşmənin hərəkətini əhəmiyyətli dərəcədə yavaşlatdığını bildirib.
Silahlı Qüvvələrin rəsmisi bildirib ki, cəsur mühəndis körpünü minalarla təchiz etmək kimi təhlükəli missiyanı yerinə yetirmək üçün könüllü olub.
Bura Rusiyanın ilhaq etdiyi Krımla Ukraynanı birləşdirən əsas strateji nöqtədir.
"Körpü minalanıb, lakin Vitali oradan uzaqlaşa bilməyib", - Silahlı Qüvvələrin Baş Qərargahından bildiriblər.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31