Moskva Bəyannaməsi Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlığı gücləndirəcək - Zaxarova

Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq Bəyannaməsi Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlığı gücləndirməyə kömək edəcək.

Olaylar.az bildirir ki, bunu cümə günü Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinq zamanı deyib.

"Bizim fikrimizcə, Bakı ilə bəyannamənin imzalanması Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlığın, o cümlədən təhlükəsizlik məsələləri, Cənubi Qafqazda iqtisadi və humanitar sahədə əməkdaşlığın gücləndirilməsinə kömək edəcək", - o deyib.

Zaxarova əlavə edib ki, həm Bakı, həm də Ankara ilə hərbi-siyasi əlaqələr mövzusu müzakirə olunur: "Eyni zamanda, bizim ümumi qarşılıqlı faydalı əməkdaşlıq formatlarımız var - xüsusilə, 3+3 məsləhətçi regional platforması. Onun çərçivəsində Azərbaycan və Türkiyə ilə yanaşı, həm İran, həm də Ermənistanla qarşılıqlı əlaqədəyik və Gürcüstan üçün qapıları açıq saxlayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31