Rusiya: Ukraynada 118 hərbi infrastruktur obyekti məhv edilib
25 Fevral 2022 16:31 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynadakı hərbi əməliyyatlarda Rusiya hərbi birləşmələrinin ümumilikdə 118 hərbi infrastruktur obyektinin məhv edildiyini açıqlayıb.
Bu barədə Konaşenkov Rusiyanın Ukraynadakı əməliyyatları məlumat verib.
Əməliyyatlar zamanı 150-dən çox Ukrayna əsgərinin silahı yerə qoyaraq təslim olduğunu qeyd edən Konaşenkov, uğrunda döyüşməyəcəklərinə imza atdıqları əsgərləri qısa müddətdə ailələrinə göndərəcəklərini bildirib.
Rusiya qüvvələrinin Ukraynadakı hərbi əməliyyatlarında Ukrayna ordusuna aid 118 hərbi infrastruktur obyektini məhv etdiyini deyən Konaşenkov: 13 komanda mərkəzi, 36 radar stansiyası, 14 hava hücumundan müdafiə raket sistemi, 5 pilotsuz uçuş aparatı, 5 döyüş təyyarəsi, 1 helikopter, 18 tank, 41 hərbi maşın və 5 döyüş katerinin məhv edildiyini qeyd edib.