Rusiya-Ukrayna məsələsi ilə bağlı Avropa İttifaqı və Qərb ciddi bir mövqe göstərmədi - Ərdoğan

Rusiya-Ukrayna məsələsi ilə bağlı Avropa İttifaqı və Qərb təssüfki ciddi bir mövqe göstərmədi, onların hamsı Ukraynaya bol-bol məsləhətlər verirlər, amma o məsləhətlərlə bir nəticə əldə etmək mümkün deyil.

Olaylar.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Hər hansı addım atılmayıb. Bu günkü NATO zirvə görüşündə bu məsələlər müzakirə olunacaq. Qərb Ukrayna məsələsində bol-bol məsləhətlər verməkdə davam edir. İnanıram ki, bugünki NATO zirvəsində daha qərarlı bir mövqe ortaya qoyulcaq", - deyə R.T.Ərdoğan əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31